[b]Bakı-2015: I Avropa Oyunlarında XIV gün[/b]
24.06.2015 - 23:00
[b]Bakı-2015: I Avropa Oyunlarında XIV gün[/b]

Bakı-2015 I Avropa Oyunlarının XIV günündə 8 idman növü üzrə yarışlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu gün 4 növdə 21 dəst medalın sahibi müəyyənləşəcək.

 

Cüdo yarışlarının start götürəcəyi gün bu növdə 5 çempionun adına aydınlıq gələcək. Boksçular da eyni sayda çəki dərəcəsində qalibləri müəyyənləşdirəcək.

 

Daha çox – 9 medal dəsti uğrunda mübarizə aparacaq üzgüçülər növbəti günü arxada qoyacaq. Əvvəlki iki gündə olduğu kimi qılıncoynadanlar daha 2 növdə mükafat qazanmağa çalışacaq.

 

Badminton, basketbolun 3x3 növü, çimərlik futbolu və voleybolda isə növbəti matçlar keçiriləcək.

 

25 iyun

 

09:00. Qılıncoynatma

Kişilər, rapira

Qadınlar, sablya

Bakı Kristal Zalı

 

09:30. Üzgüçülük

Bakı Su İdmanı Mərkəzi

 

10:00. Badminton

Fərdi yarışlar, 1/8 final

Cütlər, 1/4 final

Qarışıq cütlər, qrup mərhələsi

Bakı İdman Zalı

 

12:00. Cüdo

Kişilər, 60 kq, 66 kq

Qadınlar, 48 kq, 52 kq, 57 kq

Heydər Əliyev adına İdman Arenası

 

12:30. Boks

Yarımfinal

Qadınlar, 54 kq, 64 kq

Kişilər, 52 kq, 64 kq, +91 kq

Final

Qadınlar, 51 kq, 75 kq

Kişilər, 49 kq, 56 kq, 81 kq

Bakı Kristal Zalı

 

15:00. 3x3 Basketbol

1/8 final, 1/4 final

Basketbol Arenası

 

16:00. Çimərlik futbolu

Qrup mərhələsi, II tur

Çimərlik Arenası

 

17:00. Voleybol

Qadınlar, yarımfinal

Polşa - Serbiya

Bakı Kristal Zalı

 

19:30. Voleybol

Qadınlar, yarımfinal

Türkiyə - Azərbaycan

Bakı Kristal Zalı

0