Bakı-2015: [b]“Neçə ildi bu işin içindəyəm, belə arena görməmişəm”[/b]
25.06.2015 - 09:54
Bakı-2015: [b]“Neçə ildi bu işin içindəyəm, belə arena görməmişəm”[/b]

“Milli Gimnastika Arenasında tamaşaçı sayı çox idi. 6 gündə kifayət qədər yarışlar oldu. Bunların 4-ü Olimpiya idman növü idi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.

 

Bakı-2015 I Avropa Oyunları ilə bağlı bu gün təşkil olunan mətbuat konfransında iştirak edən baş katib öncə uğur qazanan idmançıları təbrik edib: “Bu, Avropa və Beynəlxalq Gimnastikası üçün böyük nailiyyətdi. Bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində keçirilir. Hesab edirəm ki, akrobatika gimnastikası üçün bu, böyük şansdı. Bizim idmançımız Oleq Stepkonun 5 medal qazanması ilə fəxr edirik. Son iki il ərzində Azərbaycan Gimnastika Federasiyası 3 yeni idman növünü inkişaf etdirməyə başlayıb. Bunun biri batut idi ki, onda da medal qazandıq. Milli Gimnastika Arenasının açılışı ötən il cənab Prezident və onun xanımının iştirakı ilə baş tutdu. Neçə ildi bu işin içindəyəm, belə arena görməmişəm. İnanıram ki, gələcəkdə idmançılarımız Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər”.

 

Federasiya rəsmisi bədii gimnastımız Marina Durunda ilə bağlı yaranmış anlaşılmazlığa da aydınlıq bildirib: “Hakimlər Avropa Gimnastikasının Texniki Komitəsi tərəfindən təyin olunur. Mən Avropa Gimnastika İttifaqının da vitse-prezidentiyəm. Təəssüf ki, mənim bu haqda danışmağım doğru olmaz. Bu Oyunlardan sonra İcraiyyə Komitəsinin iclası olacaq. Gələcəkdə gimnastikanın bu Oyunlarda hansı formatda olması, mənfi və müsbət cəhətləri araşdırılacaq. Mən də Azərbaycan Gimnastika Federasiyasının təkliflərini də orda bildirəcəm”.

0