[b]“Avropa Oyunları mənim üçün yaxşı dərs oldu” [/b]– ukraynalı boksçu
25.06.2015 - 10:14
[b]“Avropa Oyunları mənim üçün yaxşı dərs oldu” [/b]– ukraynalı boksçu

“Mükəmməl təşkilatçılığa görə Avropa Oyunlarının ev sahibi olan Azərbaycana təşəkkürümü bildirirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri I Avropa Oyunlarının bürünc mükafatçısı, ukraynalı boksçu Dmitri Zamotayev deyib.

 

Boks yarışlarında 49 kq çəki dərəcəsində üçüncü olan Zamotayev ölkəsinin mətbuatına açıqlama verib. Avropa Oyunları barədə müsbət fikirlər səsləndirən idmançı bu yarışın onun üçün yaxşı dərs olacağını qeyd edib: “Bu, mənim karyeramda başlanğıc idi. Çətin döyüşlər keçirdim. Finala çıxa bilməsəm də, Avropa Oyunları mənim üçün yaxşı dərs oldu, yarışın mənə çox faydası dəydi. Şadam ki, evə əliboş, medalsız qayıtmıram”.

 

Zamotayev qalan günlərdə Avropa Oyunlarında çıxışını davam etdirən digər ukraynalı idmançılara azarkeşlik edəcəyini bildirib: “Mənim yarışdakı çıxışım başa çatıb. Bundan sonra turnirdə çıxışını davam etdirən həmvətənlərimə azarkeşlik edəcəm. Onlara qələbə arzu edirəm”.

 

 

0