Bakı-2015: [b]Mükafat qazanan idmançılarımızın valideynləri MOK-da[/b]
25.06.2015 - 12:54
Bakı-2015: [b]Mükafat qazanan idmançılarımızın valideynləri MOK-da[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunları ilə bağlı keçirilən “Zəfər günləri” maraqlı layihə ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, ənənəvi olaraq idmançıları “Yığmamızın evi”nə dəvət edən MOK bu dəfə mükafat qazananların valideynləri ilə görüş keçirib.

 

Görüşdə Avropa Oyunlarını medalla başa vuran bəzi idmançıların valideynləri ilə yanaşı, dünən boks üzrə 56 kq çəki dərəcəsində bürünc medal qazanan Tayfur Əliyev də iştirak edib.

 

Daha sonra idmançılarımızın valideynlərinə hədiyyələr təqdim olunub.

0