[b]“Avropa Oyunlarında iştirak etməkdən zövq aldım”[/b]
25.06.2015 - 17:57
[b]“Avropa Oyunlarında iştirak etməkdən zövq aldım”[/b]

“Bakıdakı yarışa Avropanın ən güclü boksçuları toplaşıb. Buna görə də, döyüşmək mənim üçün çox çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri I Avropa Oyunlarının bürünc mükafatçısı Viktor Petrov deyib.

 

64 kq çəki dərəcəsi üzrə boks yarışlarında yarımfinala qədər irəliləyən ukraynalı idmançı həlledici görüşdə məğlubiyyətlə üzləşib. Onun finala gedən yolunu Azərbaycan təmsilçisi Lorenzo Sotomayor kəsib.

 

Üçüncülüklə kifayətlənən Petrov Avropa Oyunlarından həzz aldığını qeyd edib: “Nəticə nə olursa-olsun, bu yarışda iştirak etməkdən zövq aldım. Təcrübəmi artırdım. Bu, mənə gələcək karyeramda çox faydalı olacaq. Əslində daha yüksək əyarlı medal qazanmaq istəyirdim. Amma bu planım baş tutmadı. İstənilən halda, Avropa Oyunlarında yaxşı çıxış etdiyimi düşünürəm. Əgər yarışları medalla bitirə bilmişəmsə, deməli, öz çəki dərəcəmdə ən güclü idmançılardan biriyəm”. 

0