Bakı-2015: [b]Teymur Məmmədova qızıl medalı İlham Əliyev təqdim etdi[/b] - VİDEO
25.06.2015 - 19:53
Bakı-2015: [b]Teymur Məmmədova qızıl medalı İlham Əliyev təqdim etdi[/b] - VİDEO

Azərbaycanın boks yığması I Avropa Oyunlarında ilk qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn Teymur Məmmədov fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

 

Məmmədovun italiyalı Valentino Manfredoni ilə həlledici görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

 

Boksçumuza qızıl medalı məhz ölkə başçısı təqdim edib. Həmçinin Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vu da mükafatlandırma mərasimində iştirak edib.

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

 

 

 

0