Bakı-2015: Üzgüçümüz 14-cü yeri tutdu - YENİLƏNİB
26.06.2015 - 17:54
Bakı-2015: Üzgüçümüz 14-cü yeri tutdu - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında üzgüçülük yarışları davam edir. Apasport.az saytının məlumatına görə, ilkin mərhələdə çıxış edən Azərbaycan idmançıları da mükafatlar uğrunda mübarizəyə qoşulub.

 

Altı üzgüçümüz fərdi yarışlarda qüvvəsini sınayıb. Anna Mançenkova qadınların 50 m məsafəyə sərbəst üsulla üzmək yarışında qüvvəsini sınayıb. Təmsilçimiz 29,07 saniyə nəticə ilə 58 idmançı arasında 56-cı olub.

 

Arxası üstə 50 m üzmək yarışında Qriqori Kalminski məsafəni 27,89 saniyəyə qət edib. O, 42 üzgüçü arasında 36-cı olub.

 

Yuliya Stisyuk isə 100 metri arxası üstə 1 dəqiqə 10,51 saniyəyə qət edib. İdmançımız 41 iştirakçı arasında 38-ci olub.

 

Kişilərin 100 m məsafəyə batterflyay üsulu ilə üzmək yarışlarında Murat Ayhanla İvan Andrianov mübarizə aparıb. 56,03 saniyə nəticə göstərən İvan 55 iştirakçı arasında 24-cü yeri tutubsa, Murat 1.02,23 nəticə ilə sonuncu olub.

 

Yuliya Stisyuk, Anton Jeltyakov, Aysu Bayramova və İvan Andrianovdan ibarət millimiz 11:08-də 4x100 m kombinə olunmuş estafetdə yarışdan kənarlaşdırılıb.

 

100 m məsafəyə brass üsulu ilə üzməkdə çıxış edən Anton Jeltyakov yarımfinala yüksələn yeganə idmançımız olub. 1.03,83 nəticə göstərən idmançımız buna 17-ci yerin sahibi kimi imza atıb.

 

Antonun yarımfinal çıxışı uğurlu alınmayıb. Finişə 1 dəqiqə 3,79 saniyəyə çatan üzgüçümüz 16 idmançı arasında 14-cü nəticə göstərib. Bu isə onun finala çıxması üçün kifayət etməyib.

 

0