[b]Bakı-2015: 3 idmançı, 3 medal - YENİLƏNİB[/b]
26.06.2015 - 19:47
[b]Bakı-2015: 3 idmançı, 3 medal - YENİLƏNİB[/b]

Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizə aparıblar. Apasport.az saytının məlumatına görə, 2 çəki dərəcəsi üzrə 1 gün keçirilən yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunub.

 

Komandamızın heyətində tatamiyə çıxan bütün paracüdoçularımız çıxışlarını mükafatla başa vurub. Millimizin aparıcı üzvü İlham Zəkiyev qızıl, Zakir Mislimov gümüş və Səbinə Abdullayeva bürünc medal qazanıb.

 

 

 

Paracüdo

 

Kişilər

+90 kq

Yığmamızın lideri İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla (Yunanıstan) güləşib. Zəkiyev mərhələ adlamağa cəmi 27 saniyə sərf edib. "Neftçi İdman Klubu"nun üzvü ipponla qalib gələrək, finalda iştirak hüququ qazanıb.

 

O, qızıl medal üçün Aleksandr Pominovla mübarizə aparıb və bu döyüşünü də ipponla başa vurub. Zəkiyev çempionluq döyüşünü 124 saniyəyə yekunlaşdırıb.

 

Bununla da yığmamızın qızıl medalının sayı 18-ə çatıb. Komandamızın aktivindəki ümumi mükafatların sayı isə 52 olub.

 

*****

 

Bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Mislimov ilk cəhdində ukraynalı Aleksandr Pominovla üz-üzə gəlib. 1/4 finala təsadüf edən qarşılaşma rəqibin xeyrinə yekunlaşıb. Buna baxmayaraq, Mislimov təsəlliverici görüşə qatılıb. "Neftçi İdman Klubu"nun üzvü "bürünc"ə gedən yolda Julyen Taurineslə (Fransa) qarşılaşıb və ipponla qalib gəlib. O, 3-cü yer üçün Zəkiyevin məğlub etdiyi Papaçristosu sınağa çəkib. Mislimov da döyüşünü komanda yoldaşı kimi ipponla bitirib. Bu bürnüc medal yığmamızın 51-ci mükafatı olub.

 

Qadınlar

57 kq

Millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayıb. İdmançımız ipponla qalib gələrək, yarımfinala yüksəlib. "Neftçi İdman Klubu"un paracüdoçusu ikinci döyüşündə Nataliya Nikolayçiklə üz-üzə gəlib. Bu dəfə yuko və vaza-ari xalları ilə rəqibini üstələyən təmsilçimiz finalda da ukraynalı idmançı ilə qarşılaşacaq. 

 

Abdullayeva çempionluq üçün İnna Çernyakla döyüşüb. O, ipponla uduzaraq gümüş medala yiyələnib. 

0