Bakı-2015: Azərbaycan gimnastının rekordu təkrarlandı
26.06.2015 - 10:55
Bakı-2015: Azərbaycan gimnastının rekordu təkrarlandı

Bakı-2015 I Avropa Oyunlarında şəxsi medal rekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, idman gimnastikasında 5 medal qazanan Azərbaycan idmançısı Oleq Stepkoya məxsus göstəriciyə 2 qadın üzgüçü şərik çıxıb.

 

Rusiyalı Arina Openişevanın sahib çıxdığı 5 mükafatdan 4-ü qızıl, 1-i gümüşdü. O, medal sıralamasında həmyerlisi – gimnast Yana Kudryavtsevanı da arxada qoyub. Sonuncunun hesabında 4 qızıl mükafat var.

 

Stepko və Openişeva kimi digər rusiyalı üzgüçü Mariya Kamenovanın da hesabında 5 medal var. O, 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, 2 dəfə 3-cü yerlə kifayətlənib.

 

Üzgüçülük yarışlarının son günlərində Openişeva və Kamenova hərəyə 3 məsafədə qüvvəsini sınayacaq. Bu isə onların medal kolleksiyasını daha da zənginləşdirmək imkanı yaradır.

 

Qeyd edək ki, Oleq 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

 

0