[b]Bakı-2015: 8 uğursuz yığma[/b]
26.06.2015 - 10:57
[b]Bakı-2015: 8 uğursuz yığma[/b]

Bakı-2015 I Avropa Oyunlarının son 3 günündə 59 medal dəsti oynanılacaq. Apasport.az saytının məlumatına görə, yarışların arxada qalan 14 günündə sahibi müəyyənləşən 648 (194 qızıl, 194 gümüş, 260 bürünc) mükafatı 42 ölkə təmsilçisi qazanıb.

 

Bu isə o deməkdi ki, Oyunlarda çıxış edən 50 yığmadan yalnız 8-i ilk “üçlüy”ə düşə bilməyib. Bu uğursuz ölkələr son 59 dəst medala tilsimi qırmaq ümidi ilə baxır.

 

Bu uğursuz yığmalar arasında ən böyük heyətə Lüksemburq və Malta (hər ikisi 61 idmançı) malikdi. Onlardan başqa, Bosniya və Herseqovina (56), Andorra (31), Albaniya (28) təmsilçiləri də hələ ümidləri doğrulda bilməyib. İslandiya (19), Lixtenşteyn (10) və Monako (6) da Bakı-2015-dən medalsız ayrılmaq üzrədi.

 

0