[b]Bakı-2015: Biletləri öz qiymətindən baha almayın![/b]
26.06.2015 - 11:40
[b]Bakı-2015: Biletləri öz qiymətindən baha almayın![/b]

Bakı-2015 Avropa Oyunlarında yarışların son günlərinə və bağlanış mərasimləri üçün biletlərə tələbat əhəmiyyətli dərəcədə artıb. Apasport.az saytının məlumatına görə, Təşkilat Komitəsi biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır.

  

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) bəyan edir ki, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddi: “Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı-2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq, istintaqa cəlb ediləcək və 7000 manata qədər cərimələnəcək”.

 

Bakı-2015 azarkeşlərin Avropa Oyunlarına biletləri rəsmi veb səhifədən və ya paytaxtda fəaliyyət göstərən 12 rəsmi bilet satışı kassalarından əldə etməsini tövsiyə edir.

0