[b]Bakı-2015: Avropa Oyunlarının komanda hesabında qalibi rəsmiləşdi[/b]
26.06.2015 - 12:45
[b]Bakı-2015: Avropa Oyunlarının komanda hesabında qalibi rəsmiləşdi[/b]

Bakı-2015 I Avropa Oyunlarının qeyri-rəsmi komanda hesabında 1-ci yerin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya millisi yarışın sonuna 3 gün qalmış medal sıralamasında qalib adını qazanıb. Bu, bugünkü nəticələr nəzərə alınmadan rəsmiləşib.

 

Belə ki, Oyunların ilk 14 günündən sonra hesabında 123 mükafat olan şimal qonşularımızın medallarından 59-u qızıl, 32-si gümüş, 32-si bürüncdü. Düzdü, son 3 gündə 59 medal dəsti sahibini tapacaq. Lakin hesablamalar göstərir ki, heç bir ölkə bu müddətdə Rusiyaya çata bilməyəcək.

 

Liderin 3 ən yaxın izləyicisindən Azərbaycan 15, Böyük Britaniya 14, Almaniya 13 "qızıl"a sahib çıxıb. Bu ölkələr arasında almaniyalıların potensialı daha böyükdü. Onlar son 3 gündə daha 37 qızıl medal üçün mübarizə aparır. Bir sözlə, Almaniya 50-dən artıq çempionluq yaşaya bilməyəcək.

 

Azərbaycan millisinin 32, britaniyalıların 28 qızıl qazanmaq ehtimalı var. Əslində, bu, yalnız nəzəri cəhətdən mümkün olan rəqəmlərdi və bu günkü çıxışları nəzərə alınmayıb.  Lakin belə uğurlu finiş də Rusiyaya çatmağı mümkünsüz edir. Bu hesablamalara əsasən, şimallılar daha 50 çempionluq yaşaya bilər.

 

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov yığmanın qələbəsinə sevinmək üçün tez olduğunu bildirib: “Oyunlar hələ başa çatmayıb. Düşünürəm ki, qələbəni vaxtından əvvəl bayram etməyə dəyməz. Hələ daha 59 medal dəsti oynanılacaq. Rəqiblərə hörmət etmək lazımdı”.

 

Rusiyanın gənclər naziri Vitali Mutko bu qələbəni böyük uğur hesab edir: “Biz Rusiya yığmasının növbəti uğurlu çıxışının şahidi olduq. Komandamız çox yaxşı çıxış edib, azarkeşlərini saevindirdi. Avropada lider olmağımız şübhəsizdi. Pekin Olimpiadasından sonra yavaş-yavaş aparıcı mövqelərə qayıdırq”.

0