Bakı-2015: [b]“Mən ondan sürətli və taktikalıyam” [/b]- Pərviz Bağırov
26.06.2015 - 13:33
Bakı-2015: [b]“Mən ondan sürətli və taktikalıyam” [/b]- Pərviz Bağırov

“Döyüş çətin keçdi. Çünki rəqibi tanımırdım”. Bu sözləri apasport.az saytına boks üzrə Azərbaycan millisinin idmançısı Pərviz Bağırov deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bu gün yarımfinalda böyük britaniyalı Joş Kelli üzərində qələbə qazanaraq, finala yüksəlib.

 

Bağırov yarımfinal görüşünü dəyərləndirməklə yanaşı, finaldakı rəqibi barədə də danışıb: “Bugünkü rəqibimi dünən yarımfinala çıxanda görməmişdim. Allaha şükür, çətin də olsa, qalib gəldim. İnşallah finalda himnimizi səsləndirəcəm. Finaldakı rəqibimi tanıyıram. Avropa çempionudu və təcrübəlidi. Ancaq ümid edirəm ki, ona qalib gələcəm. Çünki mən ondan sürətli və taktikalıyam”.

 

Boksçumuz zədəsi barədə də məlumat verib: “Zədəm ciddidi. Ancaq nə qədər ciddi olsa da, rinqə çıxıb vuruşmalıyıq. Düşünürəm ki, bir problem olmaz”.

 

Qeyd edək ki, Pərviz Bağırov sabah finalda döyüşündə rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək.

0