[b]“Özümü qələbəyə kökləyəcəm” - Abdulqadir Abdullayev[/b]
26.06.2015 - 14:53
[b]“Özümü qələbəyə kökləyəcəm” - Abdulqadir Abdullayev[/b]

“Döyüş normal keçdi. Dəstəyə görə hər kəsə təşəkkür edirəm”. Bunu apasport.az saytına boks üzrə Azərbaycan yığmasının üzvü Abdulqadir Abdullayev deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 91 kq çəki dərəcəsində mübarizə aparan Abdullayev bu gün finala adlayıb. O, yarımfinalda rusiyalı Sadam Maqomedov üzərində qələbə qazanıb.

 

Boksçumuz həlledici görüşə də qələbə əzmi ilə çıxacağını söyləyib: “Rəqibim güclü idi, onunla əvvəllər qarşılaşmamışdım. Ümid edirəm ki, finalda da qələbə qazanacam. Bütün gücümlə özümü qələbəyə kökləyəcəm”.

 

Qeyd edək ki, Abdulqadir Abdullayev finalda sabah Ukrayna yığmasının erməni əsilli boksçusu Qevorq Manukyanla döyüşəcək.

0