[b]“Onu savaşa da çağırmaq istəyirdim” – Azərbaycan boksçusu[/b]
26.06.2015 - 14:55
[b]“Onu savaşa da çağırmaq istəyirdim” – Azərbaycan boksçusu[/b]

“Çətin döyüş alındı. Rəqibim güclü idi. Bundan əvvəl onunla qarşılaşmamışdım. Onu ilk dəfə idi burda görürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığmasının üzvü Xaybula Musalov deyib.

 

I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində döyüşən idmançımız yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksaya qalib gələrək, finala yüksəlib.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən Musalov emosiyalarını büruzə verməsinə də toxunub: “Çox sevinirəm ki, çətin döyüşün qalibi oldum. Qələbəni asanlıqla əldə etmədim. Finala çıxdığım üçün şadam. Xoşlamasam da, emosiyalarımı büruzə verdim. Hətta onu savaşa da çağırmaq istəyirdim”.

 

Ramazan ayında oruc tuta bilməyən boksçumuz bildirib ki, bunun qəzasını qarşıdakı günlərdə tutacaq: “Yarışa görə oruc tuta bilməmişəm. Amma qəzalarını sonra tutacam”.

 

Qeyd edək ki, Musalov sabah keçiriləcək final görüşündə irlandiyalı Mixael O Reyl ilə qarşılaşacaq.

 

0