[b]Aleksandr Jukov: Avropa Oyunları istənilən səviyyədə alındı[/b]
26.06.2015 - 15:44
[b]Aleksandr Jukov: Avropa Oyunları istənilən səviyyədə alındı[/b]

“Avropa Oyunları yaxşı təşkil olunub. Yarışlar istənilən səviyyədə alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

 

I Avropa Oyunları zamanı fəaliyyət göstərən Rusiya millisinin Azarkeşlər Evində təşkil olunan mətbuat konfransında yarış haqda fikirlərini açıqlayan Jukov idmançılarının uğurlu çıxışından danışıb: “Rusiya millisinin gəncləri parlaq çıxış etdi. Bizim əla ehtiyat qüvvəmiz var. Yaxın gələcəkdə bu idmançılar böyüklərdən ibarət komandaya qoşulacaq, bəlkə də Braziliyadakı Olimpiadada çıxış edəcək. Biz Avropa Oyunlarına güclü idmançıları yollamışdıq. Onlar da etimadımızı artıqlaması ilə doğrultdular”.

 

Komitə rəhbəri hakimliyin səviyyəsi haqda da fikirlərini açıqlayıb: “Hakimlik yaxşı səviyyədədi. Burda müxtəlif ölkələrdən olan ədalət təmsilçiləri iştirak edir. Rusiya tərəfinin hakimlikdən heç bir narazılığı yoxdu”.


 

0