[b]Elvin Məmişzadəyə qızıl medalı ölkə prezidenti təqdim etdi[/b] - VİDEO
26.06.2015 - 18:38
[b]Elvin Məmişzadəyə qızıl medalı ölkə prezidenti təqdim etdi[/b] - VİDEO

Azərbaycanın boks yığmasına I Avropa Oyunlarında ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb. Apasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn həmyerlimiz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

 

Məmişzadənin italiyalı rəqibi Vinçenzo Pikkardi ilə həlledici görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

 

Boksçumuza qızıl medalı ölkə başçısı təqdim edib.

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

 

 

 

0