[b]“Burdan xəstəxanaya gedəcəm”[/b] - Səbinə Abdullayeva - VİDEO
26.06.2015 - 21:58
[b]“Burdan xəstəxanaya gedəcəm”[/b] - Səbinə Abdullayeva - VİDEO

“İlk görüşümdə tez qələbə qazandım və ciddi zədə aldım. Dizimdəki ağrıya baxmayaraq, çalışdım ki, yarımfinalda qızıl medala doğru daha da irəliləyim. Qalib gəldim və zədəm bir az da artdı. Finalda rəqibi məğlub edirdim. Dizimdəki zədə psixologiyama təsir etdi. Mən də istərdim ki, himnimiz çalınsın. Amma buna da şükür”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan paracüdo yığmasının üzvü Səbinə Abdullayeva deyib.

 
I Avropa Oyunlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Abdullayeva final görüşündə İnna Çernyaka (Ukrayna) məğlub olaraq gümüş medala layiq görülüb. Abdullayeva bildirib ki, bundan sonra növbəti yarışlara daha da ciddi hazırlaşacaq. 
 
İdmançımızın sözlərinə görə, ayağında bağları dartınıb: “Çiynimdə çıxıq var. Burdan xəstəxanaya gedəcəm”.

0