Bakı-2015: [b]Türkiyə çempion oldu, millimiz "bürünc"ü əldən verdi[/b] - YENİLƏNİB
27.06.2015 - 19:05
Bakı-2015: [b]Türkiyə çempion oldu, millimiz "bürünc"ü əldən verdi[/b] - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə mükafatçıların adlarına aydınlıq gəlib.  

 

Yarımfinalda gərgin mübarizənin yekununda Türkiyəyə məğlub olan Azərbaycan yığması bürünc medal üçün meydana çıxıb. Komandamız fəxri kürsüdə yer almaq üçün Serbiya ilə qarşılaşıb. Komandamız 2:1 hesabı ilə öndə olsa da, gərgin mübarizə şəraitində keçən görüş tay-brekə qədər uzanıb. Həlledici setdə daha dəqiq oynayan serbiyalılar yarışın bürünc mükafatını qazanıblar. Azərbaycan millisi isə Oyunları 4-cü pillədə başa vurub.

 

Final qarşılaşmasında isə Türkiyə ilə Polşa komandaları üz-üzə gəlib. “Ay-ulduzlular” gözlənilənin əksinə, rəqibi üzərində asan qələbə qazanıb bə ilk Avropa Oyunlarının qalibi adına yiyələnib. Polşa yığması isə gümüş medalla kifayətlənib.

 

 

Voleybol

Qadınlar

27 iyun 

 

Bürünc medal uğrunda

Azərbaycan – Serbiya - 2:3 (25:21; 19:25, 25:17, 14:25, 9:15)

 

Final

 Türkiyə - Polşa - 3:0 (25:11, 25:19, 25:13)

0