[b]Bakı-2015: “Bu, çox xoş sürpriz idi”[/b]
27.06.2015 - 07:28
[b]Bakı-2015: “Bu, çox xoş sürpriz idi”[/b]

“Bakıdakı Avropa Oyunları zamanı azarkeşlərin məni dəstəkləməsinə təəccüblənməyə dəyməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının cüdoçusu Kamal Xan-Məhəmmədov deyib.

 

Bakı-2015 I Avropa Oyunlarının çempionu adını qazanan idmançı finalda azarkeşlər tərəfindən dəstəklənməsinin səbəbini açıqlayıb: “Axı mən Dərbənddənəm. Oranın da 2 mindən çox yaşı var və Rusiyanın ən qədim şəhəridi. Həm də təkcə qədim yox, həm də ən cənub şəhəri. Orda azərbaycanlılar da çoxdu. Mən özüm də ana tərəfdən azərbaycanlıyam”.

 

Rusiya yığmasının heyətində Bakıda çempion olan digər cüdoçu Beslan Mudranov isə Avropa Oyunlarında qarşılaşdığı sürprizdən danışıb: “Boynumdan ikinci qızıl medalı asanda heç nə anlamadım. Sonradan başa düşdüm ki, Bakıda təkcə Avropa Oyunları deyil, həm də qitə çempionatının mükafatları uğrunda mübarizə aparırıqmış. Bu, çox xoş sürpriz idi. Artıq Olimpiya Oyunları və dünya çempionatı haqda düşünürəm”.

 

Qeyd edək ki, Beslan üçqat Avropa çempionudu.

0