Bakı-2015: [b]Azərbaycan atletindən dopinq tapılması tam təsdiqini tapmayıb[/b]
27.06.2015 - 14:53
Bakı-2015: [b]Azərbaycan atletindən dopinq tapılması tam təsdiqini tapmayıb[/b]

Bakı-2015 Avropa Oyunlarında daha bir idmançıdan dopinq tapılıb. Apasport.az saytının məlumatına görə, Albaniya millisinin boksçusu Reşildo Zenelinin ardınca Azərbaycan yığmasının atleti Çaltu Becinin orqanizmində qadağan olunmuş dərman preparatı aşkarlanıb.

 

Lakin Ümumdünya Antidopinq Agentliyinin (WADA) tərəfdaşlarından olan PWS şirkətinin mütəxəssisləri tərəfindən aparılan yoxlamada sidiyindən ostarin tapılan həbəşistanlı legionerin dopinqdə “ilişəcəyi” tam rəsmiləşməyib. Müvafiq qaydalara əsasən, Beci üçün B probu açılıb. Artıq bu səbəbdən komissiya da yaradılıb və yekun nəticə iyunun 29-da dəqiqləşəcək.   

 

Bir sözlə, bu, hələlik atletin diskvalifilkasiya olunması demək deyil. Çünki Becinin B testi də müsbət nəticələnərsə, onun barəsində sərt ölçü götürüləcək. Həmçinin, Çaltunun komandamızın heyətində yığdığı xallar ləğv olunacaq. 3000 m məsafəyə maneələrlə qaçmaqda 1-ci, 1500 m məsafəyə yürüşdə 8-ci yeri tutan 18 yaşlı milliləşdirilmiş legionerin nəticəsinin silinməsi isə millimizin mövqeyinə təsir etməyəcək. Buna səbəb komanda hesabında 5-ci olan ölkəmizin ən yaxın izləyicisindən 50 xal öndə olmasıdı.

 

Qeyd edək ki, Çaltunun nəticəsi hələlik Bakı-2015-in rəsmi saytında da ləğv olunmayıb.

 

 

0