[b]“Türkiyəyə məğlubiyyət bu görüşə də təsir etdi” [/b]– Aleksandr Çervyakov
27.06.2015 - 18:30
[b]“Türkiyəyə məğlubiyyət bu görüşə də təsir etdi” [/b]– Aleksandr Çervyakov

Qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Aleksandr Çervyakov Bakı-2015 I Avropa Oyunlarında komandamızın Serbiyaya uduzduğu oyun haqda danışıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis bürünc medal uğrunda məğlub olduğumuz görüşü psixoloji cəhətdən əldən verdiyimizi bildirib.

 

Onun sözlərinə görə, komandamızın yarımfinalda Türkiyəyə məğlub olması bu görüşə də təsir göstərib: “Bu cür uduzmaq məyusedicidi. 2:1 hesabı ilə öndə olsaq da, sonda tay-brekdə məğlub olduq. Fikrimcə, yarımfinalda Türkiyədən aldığımız məğlubiyyət Serbiya ilə görüşə də təsirsiz ötüşmədi.

Həmin məğlubiyyət bizə təsir etdiyindən, toparlana bilmədik”.

 

Çervyakov söhbət əsnasında azarkeşlərə təşəkkür edib: “Bizim oyunlarımızı izləmək üçün zala gələn bütün azarkeşlərə minnətdaram. Gəlib, bizə sona qədər dəstək oldular”.

 

Qeyd edək ki, I Avropa Oyunlarında yarımfinalda Türkiyəyə uduzan qadınlardan ibarət voleybol millimiz bürünc medal qazanmaq şansından da yararlana bilməyib. Üçüncü yer uğrunda döyüşdə Serbiya ilə qarşılaşan komandamız 2:3 hesabı ilə uduzub. 

0