[b]Azərbaycan prezidenti daha bir boksçumuza qızıl medalı təqdim etdi[/b] - FOTO - VİDEO
27.06.2015 - 18:37
[b]Azərbaycan prezidenti daha bir boksçumuza qızıl medalı təqdim etdi[/b] - FOTO - VİDEO

 

Azərbaycanın boks yığmasının gənc üzvü Pərviz Bağırov da I Avropa Oyunlarını qızıl medalla başa çatdırıb. Apasport.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində finalda rusiyalı Aleksandr Besputinlə qarşılaşan təmsilçimiz rəqibindən güclü olaraq, çempion adını qazanıb.

 

Onun həlledici qarşılaşmasını Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

 

60 kq çəki dərəcəsində birinci olan Albert Səlimov kimi, Pərviz Bağırova da qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

 

 

 

0