[b]Boksçumuza qızıl medalı dövlət başçısı təqdim etdi[/b]
27.06.2015 - 19:27
[b]Boksçumuza qızıl medalı dövlət başçısı təqdim etdi[/b]

I Avropa Oyunlarında boks millimizə daha bir qızıl medalı Abdulqadir Abdullayev qazandırıb. Apasport.az saytının məlumatına görə, 91 kq çəki dərəcəsində döyüşən təmsilçimiz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

 

Finaldakı rəqibi Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan sağlamlığındakı problemlə əlaqədar, döyüşdən imtina etdiyi üçün Abdullayev sonuncu görüşünü keçirmədən, çempion adını qazanıb.

 

Bu boksçumuza da qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

 

 

 

 

 

0