[b]“Finalda döyüşsəydim, ermənini məğlub edərdim” [/b]- Abdulqadir Abdullayev
27.06.2015 - 20:13
[b]“Finalda döyüşsəydim, ermənini məğlub edərdim” [/b]- Abdulqadir Abdullayev

“Açığı bilmirəm ki, rəqibimə nə olub? Yəqin ki, zədələnib. Çox sevinirəm ki, qızıl medal qazandım”. Bu sözləri apasport.az saytına açıqlamasında boks yığmamızın üzvü Abdulqadir Abdullayev deyib.

 

I Avropa Oyunlarının çempionu adını qazanan təmsilçimiz qələbə sevincini bölüşüb.

 

Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın sağlamlığında problem yarandığına görə, Abdullayev döyüşə çıxmadan, 91 kq çəki dərəcəsində fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

 

Boksçumuz qeyd edib ki, final görüşü keçirilsəydi, erməniyə qalib gələcəkdi: “Çox istərdim ki, finalda döyüşüm. Erməni idmançı ilə qarşılaşsaydım, onu məğlub edərdim. Qələbəmi valideynlərimə həsr edirəm. Çünki onlar mənim qalibiyyətimi çox gözləyirdilər. Eyni zamanda, qələbə sevincimi Azərbaycan xalqı ilə də bölüşürəm. Çünki onlar məni çox dəstəklədilər. Hələ ki, gələcəklə bağlı heç bir planım yoxdu. Müəyyən müddət istirahət edəcəm. Bundan sonra isə dünya çempionatına hazırlaşacam”.

 

 

0