“Mançester “Avropa Oyunları-2023”ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”
28.06.2015 - 10:56
“Mançester “Avropa Oyunları-2023”ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”

“Mançester Avropa Oyunları-2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”. APA-nın məlumatına görə, bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

 

Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü qeyd edib: “Faktiki olaraq, 2023-cü ildə  Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər”.

0