[b]"Azərbaycan qəlbimdə xoş xatirələrlə yadda qalacaq"[/b]
28.06.2015 - 12:18
[b]"Azərbaycan qəlbimdə xoş xatirələrlə yadda qalacaq"[/b]

“Əvvəla qeyd edim ki, 900-dən çox xarici jurnalistin qeydiyyatdan keçməsi əla haldı. Mətbuatın əməyini yüksək qiymətləndiririk”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

 

Bu gün keçirilən mətbuat konfransında iştirak edən AOK rəhbəri təşkilatçılıqdan məmnun qaldığını deyib: “Təşkilatçılıq, qonaqpərvərlik, könüllülərin işi çox gözəl idi. Müxtəlif oyunlarda, məkanlarda olmuşam. Burda heç bir şikayət eşitməmişəm. İdmançılar xüsusilə Atletika Kəndini bəyənirlər. Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq”.

 

Hikki qeyd edib ki, burdakı yarış gələcək namizədlər üçün böyük təcrübə olacaq: “II Avropa Oyunları üçün 6 namizəd ölkəmiz var. Hollandiyaya getdik, ordakı obyektlərə baxdıq. Amma siyasi qərara görə bu, baş tutmadı. Biz istəyirik ki, coğrafi tarazlıq saxlanılsın. Namizədlərin 5-i ilə danışıq aparırıq. Onlardan ikisi 2023-cü ildəki Oyunlara namizəd olmaq istəyir. Hazırda 3 ölkə ilə 2019-cu il Avropa Oyunları üçün danışıq gedir. Hesab edirəm ki, bundan sonra da Oyunlar yüksək səviyyədə davam edəcək”.

 

AOK prezidenti bildirib ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdı: “Mən buna inanıram. Artıq müxtəlif məkanlar da hazırdı. Amma Avropa Oyunlarının təşkilatçılığı bəzi ölkələri də bu yarış üçün həvəsləndirib”.

0