[b]“Avropa Oyunlarındakı bəzi məsələlər Olimpiya Oyunlarında da tətbiq edilə bilər”[/b]
28.06.2015 - 12:25
[b]“Avropa Oyunlarındakı bəzi məsələlər Olimpiya Oyunlarında da tətbiq edilə bilər”[/b]

“Avropa Oyunları həyəcanını bir neçə həftə yaşadıq. Çox gözəl keçdi. Yüksək keyfiyyətli yarışlar baş tutdu”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin, eyni zamanda Bakı-2015 I Avropa Oyunlarının koordinasiya sədri Spiros Kapralos deyib.

 

Kapralos bu gün təşkil edilən mətbuat konfransında təşkilatçılıqdan danışıb: “Cənab nazir Azad Rəhimova, könüllülərə dərin təşəkkürümü bildirirəm. Onlar bizə vədlər vermişdilər. Amma ondan yaxşı səviyyədə təşkilatçılıq izlədik. Oyunların uğuru, eyni zamanda innovasiyalarla bağlıdı. Bizdə hətta paralimpiya növü üzrə yarış da keçirildi. 16 idman növünün 12-də Olimpiya təsnifatları baş tutdu. Oyunların mərkəzində əlbəttə ki, idman dururdu. Biz insanlara göstərməyə çalışdıq ki, Azərbaycan xalqı üçün bu Oyunlar çılğın keçirildi. Növlərin birində Amerika rekordu yenilənib. Bu yarışları izləmək çox maraqlı idi. Həmçinin, yeni idman növlərində yarışlar izlədik. Sponsorlar üçün də maraqlı oldu. Gözəl açılış mərasimi oldu. Bağlanış mərasiminin də mükəmməl olacağına inanıram. Burdakı bəzi məsələlər gələcəkdə Olimpiya Oyunlarında da tətbiq edilə bilər. 50 ölkədən 42-si medal qazandı. Bu, idmanın inkişafı baxımından çox önəmlidi. Bəzi idmançılar ola bilsin ki, Olimpiya Oyunlarında iştirak etməyəcəklər. Amma gəlib Avropa Oyunlarında iştirak etdilər, bu təcrübəni yaşadılar. Hazırda bu Oyunların təhlilini aparırıq. Bu təşkilatçılıqdan müəyyən dərslər götürüb, gələcəkdə Olimpiya Oyunlarında tətbiq edəcəyik”.

 

Kapralosun sözlərinə görə, Azərbaycanın Avropa Oyunları üçün inşa edilən idman qurğularına ehtiyacı var: “Gələcəkdə də ölkədə böyük turnirlər keçiriləcək. Şahmat, cüdo üzrə yarışlar, Avro-2020-nin oyunları burda olacaq. Bu da ölkə gəncləri üçün möhtəşəm sərmayədi”.

0