[b]Avropa Liqasının ilk oyunları: "Daçiya" və "Jelezniçar" qalib gəldi[/b] - YENİLƏNİB
01.07.2015 - 00:53
[b]Avropa Liqasının ilk oyunları: "Daçiya" və "Jelezniçar" qalib gəldi[/b] - YENİLƏNİB

Avropa Liqasında 2015/16 mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, bu gün yarışın ilk 3 qarşılaşması keçirilib.

 

Turnirə Maltada yerli “Baltsan”la Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” arasında görüşlə start verilib. Bosniyalılar səfərdə 2:0 hesabı ilə qələbə qazanıblar.

 

Günün ikinci qarşılaşması Lüksemburqda baş tutub. Burada yerli “Proqres”lə İrlandiya təmsilçisi “Şemrok Rovers” görüşüb. Matçda qol olmayıb.

 

Makedoniyanın “Renova” klubu isə Moldova “Daçiya”sını qəbul edib. Moldovalılar səfərdə qalib gələrək növbəti mərhələ şanslarını artırıblar.

 

Qeyd edək ki, iyulun 2-də I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 48 qarşılaşma baş tutacaq. Azərbaycan klubları “Neftçi”, “İnter” və “Qəbələ”  də ilk sınağına həmin gün çıxacaq.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

30 iyun

 

“Baltsan” (Malta) - “Jelezniçar” (Bosniya və Herseqovina) - 0:2

Qol: Bajic, 4 (pen.), 13

 

“Proqres” (Lüksemburq) - “Şemrok Rovers” (İrlandiya) - 0:0

 

“Renova” (Makedoniya) - “Daçiya” (Moldova) - 0:1

Qol: Roska, 12

 

0