Aleksandr Jukov: Avropa Oyunlarında belə möhtəşəm qələbə qazanacağımızı heç kəs gözləmirdi

Bakıda keçirilən I Avropa Oyunlarında ümumi komanda hesabında ilk yeri tutan Rusiya komandası iyunun 29-da axşam saatlarında Moskvaya qayıdıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, rusiyalı idmançıları Şeremetyevo hava limanında Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, gənclər və idman nazirinin müavini Pavel Kolobkov, idmançıların ailə üzvləri, valideynləri, yerli və xarici KİV nümayəndələri və yüzlərlə azarkeş ordusu qarşılayıb.

 

İdmançıların qarşılanma mərasimində çıxış edən ROK prezidenti Aleksandr Jukov Bakıda keçirilən Avropa oyunlarında ümumi komanda hesabında qələbə qazanan Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarında da qələbə qazanacağına ümid etdiyini söyləyib: "Bizim yığma komandamız Avropa oyunlarına gedəndə, bilirdik ki, idmançılarımız güclüdür və güclü komandamız var. Lakin belə möhtəşəm qələbə qazanacağımızı heç kəs gözləmirdi. Fikrimcə, bu gün Rusiyanın Avropada ən güclü ölkə olduğuna heç kəsin şübhəsi yoxdur. Demək olar ki, bütün idman növlərində möhtəşəm nəticə göstərildi. Bir ildən sonra Rio-de Janeyroda olimpiya oyunları keçiriləcək. Sizin güclü rəqibləriniz olacaq. Lakin belə komanda ilə biz qələbəyə ümid edə bilərik.

 

Olimpiadada başqa idman növləri də var, avropalı idmançılardan başqa amerikalı və çinlilər çox güclü komandadırlar. Olimpiada artıq başqadır, bu yarış başqa iqlim şərtlərində keçiriləcək. Lakin fikrimcə, bizim komanda Rio de Janeyroda da güclü olacaq".

 

Jukov Bakıda keçirilən yarışlarda rusiyalı idmançıların, demək olar ki, bütün idman növlərində medallara iddiaçı olduğunu qeyd edib: "Əlbəttə ki, mən Bakıda keçirilən yarışlarda iştirakımızdan çox razıyam. Üzgüçülük üzrə yarışan gənc idmançılardan çox razıyam. Rusiyanın çox yaxşı perspektivi var. Çalışacağıq ki, Rio de Janeyroda da uğurlu iştirak edək".

 

Qeyd edək ki, iyunun 12-28-də keçirilən I Avropa oyunlarında Rusiya 79 qızıl, 40 gümüş və 45 bürünc qızıl medal qazanmaqla 164 medalla ümumi komanda hesabında birinci yeri tutub. İkinci yeri 21-i qızıl olmaqla 56 ədəd medalla Azərbaycan, üçüncü yeri isə 18-i qızıl olmaqla 47 medalla Böyük Britaniya tutub. 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

 AZAL

19

1

5

13

8-33

8

               

 

Top 10
Sizin reklam burada
150x220