[b]Nikolas Kanalesin forma geyinəcəyi komanda bəlli oldu[/b]
30.06.2015 - 09:52
[b]Nikolas Kanalesin forma geyinəcəyi komanda bəlli oldu[/b]

“Neftçi”nin sabiq hücumçusu Nikolas Kanales karyerasını yenidən Çilidə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, hazırda vətənində olan 29 yaşlı çilili “İkike” ilə ilkin razılıq əldə edib.

 

2012/13 mövsümündə Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri tituluna yiyələnib, vətəninə qayıdan Kanales 2014/15 mövsümünü də “Neftçi”də keçirdikdən sonra eyni addım atır. Ölkəmizdən ikinci dəfə ayrılıb, Çiliyə qayıdan hücumçunun yaxın günlərdə “İkike” ilə müqavilə imzalayacağı gözlənilir.

 

Primeranın ortababı olan komanda hücum xəttini gücləndirmək üçün Kanalesi sıralarına qatmaqda maraqlıdı.  Onun “Neftçi”də göstərdiyi məhsuldarlıq da yeni müştərisinin diqqətini cəlb edir. Belə ki, çilili “ağ-qaralar”ın heyətində 83 matçda 44  qol vurub.

0