[b]Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi – EKSKLÜZİV[/b]
30.06.2015 - 15:12
[b]Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi – EKSKLÜZİV[/b]

Avropa Oyunlarında 4-cü yeri tutan qadın voleybolçulardan ibarət Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub. Apasport.az saytının məlumatına görə, yığmamızın inkişafında xüsusi pay sahibi olan Faiq Qarayev yenidən komandanın “sükanı arxası”na keçib. O, AVRO-2013-ün final mərhələsi zamanı bu postu müvəqqəti verdiyi Aleksandr Çervyakovdan təhvil alıb.

 

Nəticədə sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək AVRO-2015-də komandamız yenidən təcrübəli mütəxəssisin rəhbərliyi altında oynayacaq. Bu səbəbdən yığmamızın əvvəlki oyununu tapıb, ən azı AVRO-2003-dəki uğurunu təkrarlayıb, hətta onu yaxşılaşdıracağını gözləməyə dəyər. Həmin vaxt 4-cü olan voleybolçularımız bu dəfə mükafata iddialı olacaqlar.

 

Səhhətində problemlər olan 56 yaşlı Qarayev bunları aradan qaldırmaq üçün bu gün əməliyyat da edilib. Həkim müayinəsindən tam keçdikdən sonra onun meydanda olmasına hansısa problem qalmayacaq.

 

Qeyd edək ki, yığmamızın indiyədək qazandığı uğurlar məhz Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin adı ilə bağlıdı. 

0