[b]“Qəbələ” – “Dinamo” matçının vaxtı dəqiqləşdi[/b]
01.07.2015 - 08:48
[b]“Qəbələ” – “Dinamo” matçının vaxtı dəqiqləşdi[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Dinamo” (Tiflis, Gürcüstan) oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, iyulun 9-da Qəbələdə baş tutacaq qarşılaşma saat 21:00-da başlayacaq.

 

Qarşılaşma “qırmızı-qaralar”a məxsus şəhər stadionunda keçiriləcək.

 

Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasında ilk oyun sabah keçiriləcək. Tiflisdəki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0