"Barselona" Poqba ilə razılığa gələ bilmir
01.07.2015 - 13:20
"Barselona" Poqba ilə razılığa gələ bilmir

“Barselona” rəhbərliyi və “Yuventus”un fransalı futbolçusu Pol Poqba arasında gedən danışıqlar müsbət nəticələnməyib. Apasport.az saytı xəbər verir ki, tərəflər maaş məsələsində razılığa gələ bilmirlər.

 

Məsələ burasındadı ki, Poqba “Barsa”da ilinə 12 milyon avro məvacib almaq istəyir. Kataloniyalılar isə bu məbləği ödəməyə hazır deyillər.

 

Poqbanın agenti Mino Rayola açıqlamasında “Çelsi”, “Mançester Siti” və PSJ-dən gələn təklifləri də nəzərdə saxladıqlarını deyib.

 

Bu isə onu göstərir ki, “Barselona” gənc yarımmüdafiəçinin tələb etdiyi maaşı verməyə razılaşmasa, Poqba adıçəkilən klublardan birinə keçə bilər. 

0