Əliyar Ağayev Çempionlar Liqasında
01.07.2015 - 13:36
Əliyar Ağayev Çempionlar Liqasında

Azərbaycanlı hakimlər növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərimiz Çempionlar Liqasında iş başında olacaqlar.

 

Belə ki, II təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununun baş hakimi funksiyası FİFA referisi Əliyar Ağayevə tapşırılıb. Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim isəı FIFA referisi Rəhim Həsənov olacaq.

 

Mənbə: affa.az

0