“İnter”lə “Qəbələ” səfərdən qolla dönəcək?
01.07.2015 - 13:52
“İnter”lə “Qəbələ” səfərdən qolla dönəcək?

İyulun 2-də avrokuboklar mövsümünə start verəcək klublarımız bu tarixdə 4 dəfə meydana çıxıb. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə ilk dəfə belə qarşılaşmalara çıxan təmsilçilərimiz hər iki görüşdə uduzub.

 

6 il əvvəl “İnter” səfərdə, “Simurq” isə öz meydanında məğlub olub. 2013-cü ildə isə iyulun 2-də komandalarımız məğlub olmayıb. 

 

Səfərdə çıxış edən komandalarımız hərəyə 1 qol vursa da, nəticə uğurlu alınıb. “Xəzər Lənkəran” Maltadan heç-heçəylə dönübsə, “Qarabağ” Makedoniyada qalib gəlib.

 

Ümumiyyətlə, bu tarixdəki 4 oyunda 1 qələbə. 1 heç-heçəsi olan klublarımız 2 dəfə məğlubiyyətə üzülüb. Lakin səfərdəki 3 matçın hamısında qol vurmuşuq. Bu dəfə səfərdə “İnter”lə “Qəbələ” oynayacaqsa, “Neftçi” evdə meydana çıxacaq.

 

2009

“Spartak” (Trnava, Slovakiya) – “İnter” - 2:1

“Simurq” – “Bney Yehuda” (İsrail) - 0:1

2013

“Slima” (Malta) – “Xəzər Lənkəran” - 1:1

“Metallurq” (Skopye, Makedoniya) – “Qarabağ” - 0:1

 

0