[b]Dünya çempionatı: Yığmamızın rəqibi kim olacaq?[/b]
01.07.2015 - 16:38
[b]Dünya çempionatı: Yığmamızın rəqibi kim olacaq?[/b]

Sabah futzal üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə Avropa komandalarının rəqibləri bəlli olacaq.

 

Tədbir Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 

45 yığmanın qatılacağı seçmə oyunlarında Azərbaycan millisi də çıxış edəcək. Komandalar 2016-cı il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək mundiala vəsiqələr uğrunda mübarizə aparacaq.

 

Təsnifat mərhələsində çıxış edəcək 23 komanda 6 qrupa bölünəcək. Artıq 4 səbətə bölünən yığmaların təşkil edəcəyi qrupların qalibləri əsas mərhələyə yüksələcək.


1-ci səbət: Cəbəllütariq, Estoniya, Uels, Malta, San-Marino

2-ci səbət: Andorra, Albaniya, İsveç, Kipr, Danimarka, İsveçrə
3-cü səbət: Moldova, İngiltərə, Monteneqro, Litva, Bolqarıstan, Ermənistan

4-cü səbət: Latviya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İsrail


Təsnifat mərhələsinin 6 qalibi ilə yanaşı, birbaşa əsas mərhələdən mübarizəyə qoşulan 22 komanda da səbətlərə bölünüb. Millimiz 8-ci - gücünə görə 2-ci səbətdə qərarlaşıb.

 

Püşkə əsasən, 28 komanda 7 qrupa bölünəcək. Hər qrupdan iki komanda pley-offa çıxacaq. Bu mərhələnin qalibləri Kolumbiyaya vəsiqə əldə edəcək.

 

5-ci səbət (meydan sahibləri): İtaliya, Portuqaliya, Xorvatiya, Çexiya, Macarıstan, Hollandiya, Türkiyə

6-cı səbət: Norveç, təsnifat mərhələsinin qalibləri

7-ci səbət: Belarus, Belçika, Bosniya və Herseqovina, Qazaxıstan, Polşa, Makedoniya

8-ci səbət: Serbiya, Rumıniya, Sloveniya, AZƏRBAYCAN, Slovakiya

9-cu səbət: İspaniya, Rusiya, Ukrayna

 

Qeyd edək ki, təsnifat mərhələsi bu il oktyabrın 22-25-də, əsas mərhələ dekabrın 10-13-də keçiriləcək. Pley-offun qarşılaşmaları isə 2016-cı il martın 22-də və aprelin 12-də baş tutacaq.

0