[b]“Bu tezliklə heç nə edə bilmərik”[/b] – Samir Əliyev
01.07.2015 - 18:51
[b]“Bu tezliklə heç nə edə bilmərik”[/b] – Samir Əliyev

“Komandadan on futbolçu ayrılıb. Strategiyanı dəyişib gənclərə üstünlük veririk. Ayın 18-də məşqlərə başlayıb 3 yoxlama görüşü keçirdik. Hamını yoxlayıb güclü və zəif cəhətlərini gördük.  Komandamızda bütün futbolçular gəncdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında evdə “Mladost”u (Çernoqoriya) qəbul edəcək “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Əliyev sabahkı oyuna çıxaracağı start heyəti müəyyən etdiyini də bildirib:

 

“Fikrimcə heç bir problem olmayacaq. Oyunu təhlil etmişik rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. Mövsüm ərzində  sistem dəyişməyəcək. Futbolçularda irəliləyiş var. Start heyətini müəyyən etmişəm. səbrli olun sabah mübariz komanda görəcəksiniz. Bu cavan futbolçuların gənc məşqçiylə nəyə qadir olduğunu görəcəksiniz. "Mançester Yunayted" kimi komandada Luis van Qal 1 ildi ki, heç nə edə bilmir. Biz də bu tezliklə heç nə edə bilmərik”.

0