[b]“Neftçi"nin gücünü göstərəcəyik”[/b]
01.07.2015 - 19:05
[b]“Neftçi"nin gücünü göstərəcəyik”[/b]

“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında evdə “Mladost”u (Çernoqoriya) qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bu gün görüşün baş tutacağı "Bakcell Arena"da həmin oyun üçün mətbuat konfransı keçirilib.


Jurnalistlərin suallarını cavablandıran “Neftçi”nin futbolçusu Elşən Abdullayev sabah keçiriləcək oyunla bağlı bu sözləri deyib: 

 

“Sabah meydanda “Neftçi”nin gücünü göstərəcəyik. İnanırıq ki, hər şey klubumuz üçün yaxşı olacaq”.

0