Superliqa klubunda sürpriz istefa
01.07.2015 - 22:06
Superliqa klubunda sürpriz istefa

“Trabzonspor” klubunun baş məşqçisi Ərsun Yanal istefa verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında anlaşmanı pozublar.

 

Bildirilir ki, klub rəhbərliyi ilə baş məşqçi arasındakı narazılığın əsas səbəbi transfer məsələlərindəki anlaşmazlıqdı.

 

Qeyd edək ki, 2014-cü ildən “bordo-mavilər”i çalışdıran Ərsun Yanal komandanı 25 oyuna çıxarıb.

 

Bu matçlarda trabzonlular 13 qələbə, 6 bərabərlik və 6 məğlubiyyət görüb.

0