[b]“Neftçi” öz meydanında qalib gələ bilmədi[/b] - YENİLƏNİB
02.07.2015 - 21:53
[b]“Neftçi” öz meydanında qalib gələ bilmədi[/b] - YENİLƏNİB

Bu gün “Neftçi” növbəti avrokubok sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayan “ağ-qaralar” 2015/16 mövsümünün ölkəmizdə baş tutmuş ilk qarşılaşmasının iştirakçısı olub.

 

Digər komandalar səfərdə oynadığından doğma azarkeşlər önünə birinci çıxan “Neftçi”nin rəqibi “Mladost” olub.

 

Oyun maraqlı mübarizə şəraitində keçib. İlk qol isə qonaqlardan gəlib. 34-cü dəqiqədə Laqator fərqlənib.

 

"Neftçi"nin cavabı isə özünü çox gözlətməyib. 36-cı dəqiqədə Kamal Qurbanovun ötürməsi birbaşa qapıya yönəlib - 1:1.

 

Araz Abdullayevin 55-ci dəqiqədə vurduğu gözəl qol "ağ-qaralar"ı hesabda önə keçirsə də, qonaqlar 87-ci dəqiqədə bərabərliyə nail ola biliblər. Luka Mirkoviç fərqlənib.

 

Matç bu hesabla bitib.

 

Avropa Liqası I təsnifat mərhələsi, ilk oyun

 

 

“Neftçi” (Azərbaycan) – “Mladost” (Monteneqro) - 2:2

Qol: Kamal Qurbanov, 36, Araz Abdullayev, 55 - Laqator, 34, Mirkoviç, 87

 

Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Dördüncü hakim: Hakan Ceylan (hamısı Türkiyə)

 

“Neftçi”:  Aqil Məmmədov, Xuan Alberto Melli, Elvin Bədəlov, Aylton, Kamal Qurbanov, Elşən Abdullayev, Araz Abdullayev, Rəhman Hacıyev, Ruslan Qurbanov, Samir Məsimov, Məhəmməd Qurbanov

Ehtiyat oyunçular: Maksim Vaylo, Rahil Məmmədov, Əziz Quliyev, Kamran Nəcəfzadə, Nicat Qurbanov, Orxan Qurbanlı, Mirabdulla Abbasov

Baş məşqçi: Samir Əliyev

 

“Mladost”: Mileta Raduloviç, Luka Peyoviç, İvan Novoviç, Miloş S. Raduloviç, Miloş Lakiç, Miloş B. Raduloviç, Duşan Laqator, Mirko Rayçeviç, Blajo İqumanoviç, Milan Dyurişiç, İvan Vukoviç

Ehtiyat oyunçular: Vuk Radoviç, Luka Mirkoviç, Aldin Adzoviç, Bojo Osmayliç, Jasmin Muhoviç, Boyan Baboviç, Marko Sçepanoviç

Baş məşqçi: Nikola Rakoyeviç

 

Bakı. “Bakcell Arena”

0