UEFA PSJ-ni bağışladı
01.07.2015 - 23:50
UEFA PSJ-ni bağışladı

Fransanın PSJ klubuna maliyyə “fair play” qaydalarına uymadığı üçün UEFA tərəfindən qoyulmuş bütün qadağalar ləğv edilib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm maddi məsələlərdə bütün qaydalara riayət edən parislilərin bəzi məhdudiyyətləri götürülüb.

 

Belə ki, artıq PSJ-yə tətbiq olunan maksimum 60 milyon avroluq transfer limiti aradan qaldırılıb. Klubun yeni oyunçu almaq üçün heyətin bəzi üzvləri ilə vidalaşmağına da ehtiyac qalmayacaq.

 

Bundan əlavə fransızlar UEFA Çempionlar Liqası üçün iştirak ərizəsinə 21 deyil, əvvəlcə olduğu kimi 25 oyunçu daxil edə biləcək.

0