[b]“"Qəbələ"nin zəif cəhətlərini bilirik”[/b] – [b]“Dinamo”nun baş məşçqisi[/b]
02.07.2015 - 01:17
[b]“"Qəbələ"nin zəif cəhətlərini bilirik”[/b] – [b]“Dinamo”nun baş məşçqisi[/b]

“Bugünkü oyun üçün yaxşı hazırlaşmışıq. Əlbəttə, daha yaxşısı da ola bilərdi, ancaq çatışmazlıqlar həmişə olur. Əsas odu ki, məşqlər üçün şəraitimiz və imkanlarımız oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqası I təsnifat mərhələsi oyunlarında “Qəbələ”nin rəqibi olan Tiflis “Dinamo”sunun baş məşqçisi Giya Geguçadze deyib.

 

Zədə səbəbindən iki oyunçularının xidmətindən istifadə edə bilməyəcəklərini xüsusi vurğulayan rəqib baş məşqçi Otari Kakabidze və Devid Volkovun oynamayacaqları üçün təəssüfləndiklərini bildirib.

 

Rəqibi yaxşı analiz etdiklərini və bir sıra çatışmazlıqlarının olduğunu qeyd edən Geguçadze bu haqda danışmaq istəmədiyini deyib:

 

“İndi burda rəqibin zəif cəhətlərindən danışmaq istəmirəm, ancaq artıq onların bir sıra çatışmazlıqları bizə məlumdu və oyunumuzu məhz bu istiqamətdən quracağıq”.

 

Əsas hədəflərinin növbəti mərhələ olduğunu xüsusi vurğulayan rəqib çalışdırıcı uduzmağı heç vaxt düşünmədiyini qeyd edib:

 

“Qarşımızda çox ciddi rəqib var, ancaq mən uduzmaq haqqında qəti düşünmürəm, tək hədəfimiz növbəti mərhələdi. Onlar da bizim kimi bir neçə yeni oyunçu ilə gücləniblər. Adaptasiya və uyğunlaşma problemi rəqibimzdə də olacaq. Mən komandama hücum futbolu oynatmaq istəyirəm, ancaq rəqibin nə təklif edəcəyindən də çox şey asılıdı”.

0