[b]PFL 7 yaşında[/b]
02.07.2015 - 08:23
[b]PFL 7 yaşında[/b]

Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranmasının 7 ili tamam olur. Apasport.az saytının məlumatına görə, 7 il əvvəl - 2008-ci ildə yaradılan qurum bu gündən 8 yaşına qədəm qoyur.

 

Qurum 7 illik fəaliyyəti dövründə daxili yarışların keçirilməsini təşkil edir. Topaz Premyer Liqası, I divizion və Azərbaycan kubokunu keçirən PFL bir sıra yeniliklər etməsi ilə də seçilib. Bu yeniliklərdən biri də qurumun rəsmi internet saytıdı.

 

Bundan başqa, uzun fasilədən sonra bərpa olunan ənənələr də qeyd edilməlidi. Əvəzedicilərin çempionatı buna misaldı.

 

Ramin Musayevin prezidenti olduğu PFL-in yaranmasından sonra çempionatın səviyyəsinin qalxması klubların nəticələrində də əksini tapıb. Avrokuboklarda qazanılan bütün uğurlar son 7 ilə təsadüf edib. Bunun da sayəsində həm UEFA, həm də İFFHS reytinqində Azərbaycan son sıralardan qurtulub və ildən-ilə daha yüksək mövqelərə qalxır. 7 il əvvəl UEFA reytinqində 42-ci olan ölkəmiz bu müddətdə 14 pillə irəliləyərək, 28-ci yerə qalxıb.

 

Apasport.az saytının kollektivi başda Ramin Musayev olmaqla, PFL-in bütün əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.

 

0