[b]Zaur Svanadze: “İnter” üçün çox ağır oyun olacaq[/b]
02.07.2015 - 09:26
[b]Zaur Svanadze: “İnter” üçün çox ağır oyun olacaq[/b]

“Komandamızda çox ciddi dəyişikliklər baş verib. Heyətə xeyli sayda gənc futbolçular gəlib. Bu üzdən təlim prosesində dəyişikliklər etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.

 

Gürcüstanlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin bu gün Albaniyada keçiriləcək “Laçi”ylə ilk oyunu öncəsi mətbuat konfransına qatılıb: “Laçi” çox güclü komandadı. Bizim üçün çox ağır oyun olacaq. İndidən nə isə demək çətindi. Hər şeyi oyun göstərəcək. Stadionun ot örtüyü yaxşı vəziyyətdədi. Bu isə o deməkdi ki, yaxşı oyun izləyə biləcəyik. Avrokubok dueli iki qarşılaşmadan ibarət olduğundan ilk matç mərhələ keçən komandanın adına aydınlıq gətirməyəcək. Bir həftə sonra Bakıda keçiriləcək qarşılaşma isə bu baxımdan həlledici əhəmiyyət daşıyacaq”.

 

Qeyd edək ki, “Laçi” – “İnter” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

0