[b]Millimiz Xorvatiyaya gedəcək - YENİLƏNİB[/b]
02.07.2015 - 17:06
[b]Millimiz Xorvatiyaya gedəcək - YENİLƏNİB[/b]

Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə təsnifat və əsas mərhələnin iştirakçıları qruplara bölünüb.

 

2016-cı il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək final mərhələsinə 7 vəsiqəyə iddia edən 45 Avropa təmsilçisi 3 mərhələdə qüvvəsini sınayacaq.  Azərbaycan millisi 23 komandanın 6 qrupda çıxış edəcəyi təsnifat mərhələsindən azaddı.

 

A qrupu: Gürcüstan, Moldova, Andorra, Cəbəllütariq

B qrupu: Yunanıstan, Monteneqro, İsveç, San-Marino

C qrupu: Fransa, Litva, Albaniya, Malta

D qrupu: Latviya, Ermənistan, Kipr, Estoniya

E qrupu: İsrail, İngiltərə, Danimarka, Uels

F qrupu: Finlandiya, Bolqarıstan, İsveçrə

 

Yalnız qrup qaliblərinin vəsiqə qazandığı növbəti mərhələyə 22 komanda birbaşa qatılacaq. Bu 28 yığma 7 qrupa bölünüb.

 

Millimiz Xorvatiyada mübarizə aparacaq 2-ci qrupda çıxış edəcək. Yığmamız meydan sahibləri, Belarus, həmçinin Yunanıstan, Monteneqro, İsveç, San-Marinonun yer aldığı B qrupunun qalibi ilə matçlarda qüvvəsini sınayacaq.

 

1-ci qrup: Ukrayna, Macarıstan, Belçika, E qrupunun qalibi

2-ci qrup: Xorvatiya, AZƏRBAYCAN, Belarus, B qrupunun qalibi

3-cü qrup: Rusiya, Serbiya, Türkiyə, F qrupunun qalibi

4-cü qrup: İspaniya, Hollandiya, Bosniya və Herseqovina, D qrupunun qalibi

5-ci qrup: Çexiya, Sloveniya, Qazaxıstan, C qrupunun qalibi

6-cı qrup: Portuqaliya, Rumıniya, Polşa, Norveç

7-ci qrup: İtaliya, Slovakiya, Makedoniya, A qrupunun qalibi

 

Qeyd edək ki, təsnifat mərhələsi bu il oktyabrın 22-25-də, əsas mərhələ dekabrın 10-13-də keçiriləcək. Hər qrupdan iki komandanın yüksələcəyi pley-offun qarşılaşmaları isə 2016-cı il martın 22-də və aprelin 12-də baş tutacaq.

 

0