[b]“Qəbələ” ilə qarşılaşmada hər şey edəcəyimizə söz veririk”[/b] - FOTO
02.07.2015 - 13:56
[b]“Qəbələ” ilə qarşılaşmada hər şey edəcəyimizə söz veririk”[/b] - FOTO

“Avrokuboklarda çıxış edən bütün Gürcüstan klublarına uğurlar arzulayıram. “Dinamo”ya gəlincə, komandamıza xeyli sayda yeni futbolçu qoşulub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gürcüstan millisinin və Tiflis “Dinamo”sunun futbolçusu Mate Sinsadze deyib.

 

20 yaşlı yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin bu gün “Qəbələ” ilə keçiriləcək ilk qarşılaşması haqda fikirlərini açıqlayıb:  Lakin mən klubda qaldım və ən azı mövsümün sonunadək tiflislilərin uğurları üçün çalışacağam. Yeni oyunçuların komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Lakin çox səmərəli hazırlıq qrafiki ilə hazırlıq keçə bildik. Avropa Liqasının “Qəbələ” ilə oyununda bütün futbolçuların əlindən gələn hər şeyi edəcəyinə söz veririk. Bacarığımızın 100 faizini ortaya qoyacağıq. Qarşılaşmanın nəticəsini isə oyun göstərəcək”.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Dinamo” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0