AZAL-ın futbolçusu vətəninə döndü - FOTO
02.07.2015 - 15:43
AZAL-ın futbolçusu vətəninə döndü - FOTO

AZAL-ın sabiq futbolçusu Oskat Klyava özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi 3 illik Azərbaycan karyerasına son verərək, vətəni Latviyaya qayıdıb.

 

2012-ci ildə Liyepayanın “Metallurq” klubundan Bakı təmsilçisinə keçən orta sahə oyunçusu sabiq komandasına dönüb. Lakin bu müddətdə “Metallurq” adını dəyişərək, şəhərin adını daşıyır.

 

Qeyd edək ki, Klyava Topaz Premyer Liqasında 85 oyuna 3 qol vurub.

0