[b]“Laçi” – “İnter” görüşündən sonra mətbuat konfransı keçirilməyib[/b]
02.07.2015 - 23:16
[b]“Laçi” – “İnter” görüşündən sonra mətbuat konfransı keçirilməyib[/b]

Avropa Liqasının I təsnifat mərhələsi ilk matçında Albaniyada “Laçi”nin qonağı olan “İnter” səfərdən 1:1 hesablı bərabərliklə dönüb. Apasport.az saytının məlumatına görə, matç bitəndən sonra ənənəvi mətbuat konfransı baş tutmayıb.

 

Bu barədə saytımıza paytaxt klubunun Mətbuat Xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Klub rəsmisinin bildirdiyinə görə, oyun bitdikdən sonra baş məşqçi Zaur Svanadze ilə birlikdə mətbuat otağına yollansalar da orda onlara bildiriblər ki, konfrans baş tutmayacaq:

 

“Biz baş məşqçimiz Zaur Svanadze ilə birlikdə mətbuat otağına yollandıq. Ev sahibi komandanın meneceri bizə bildirdi ki, mətbuat konfransı baş tutmayacaq. Dəqiq səbəb demədilər”.

0