[b]“Bu gün uşaq səhvlərindən uduzduq”[/b] - Cavid Hüseynov
02.07.2015 - 23:37
[b]“Bu gün uşaq səhvlərindən uduzduq”[/b] - Cavid Hüseynov

“Belə səhv buraxmaq olmaz. Uşaq səhvləri üzündən bu gün uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının I tur ilk oyunu “Dinamo” – “Qəbələ” matçından sonra “Qəbələ”nin kapitanı Cavid Hüseynov deyib.

 

Xüsusən də, 2-ci qolda müdafiəçilərin səhvinin bağışlanmaz olduğunu bildirən yarımmüdafiəçi hücumda zəif çıxış etdiklərini də sözlərinə əlavə edib:

 

“Son nöqtəni qoya bilmirdik. Bizdə nəsə çatmırdı. Əvəzetmələr tez olsaydı, uğurlu nəticə əldə edərdik? Buna mən qarışmıram. Bu, baş məşqçiyə aid məsələdi. Heyəti o seçib. Biz də onun verdiyi tapşırıqları yerinə yetirmişik. Amma bu gün yaxşı futbol oynamadıq. Yeni transferlərin çıxışı haqda danışmaq hələ tezdi. Məğlubiyyətə görə heç vurduğum qol da yadıma düşmür. Evdə hələ bilmək olmaz, nə baş verəcək. Şanslar bərabərdi”.

0